“Həftərlə Sərrac heç bir otaqda qalmaq istəmirlər” – SERGEY LAVROV

51

Hurriyyet.org xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya diplomatiyasının ötənilki fəaliyyətinin yekunundan bəhs edən çıxışında Liviya Milli Ordusunun rəhbəri qiyamçı general Xəlifə Həftər ilə Liviyanın Milli Barışıq Hökumətinin başçısı Fəyaz Sərracın hazırda birbaşa danışıqlara hazır olmadıqlarını bildirib.

Lavrovun 19 yanvarda keçiriləcək Berlin konfransından sonra tərəflərin əvvəlki səhvlərini təkrar etməyərək, əlavə şərtlər qoymamalarının və bir birini ittiham eləməmələrinin zəruri olduğunu söyləyib. Lavrov deyib: “Hələlik onların arasındakı münasibət çox gərgindir. Onlar hətta bir otaqda belə qalmaq istəmirlər. Bir-biri ilə danışmaqlarından, görüşməklərindən söhbət belə gedə bilməz”.

Картинки по запросу LAVROV

Sergey Lavrov bildirib ki, Almaniyanın xarici işlər naziri Hayko Maas Həftərlə söhbətdən sonra marşalın atəşkəsə meylli olduğunu söyləyib və “bu, artıq özlülüyündə bir müsbət irəliləyişdir”.

Hurriyyet.org