Həftərin ordusu Berlin konfransından sonra atəşkəsi pozdu

18

Hurriyyet.org xəbər verir ki, Liviyada qiyamçı generel Xəlifə Həftərin başçılıq elədiyi ordu dünən keçirilən Berlin konfransından sonra atəşkəsi pozub. Həftərin qüvvələri Tripolinin cənubundakı Səlahəddin rayonunu mina atəşinə tutub.

“Anadolu Agentliyi”nin məlumatına görə, hətta Berlində Liviyada sülh naminə danışıqların keçirilməsi fonunda Həftərin ordusu Liviyanın Halaltat rayonunda atəşkəs rejimini pozamağa davam edirmiş.

Neft tankerlərinə mina zərbələri atılıb, nəticədə yanğın baş verib. Tripoli səması tüstüyə bürünüb.

Hurriyyet.org