Həftərə bir zərbəni də yerli tayfalar vurdu

30

Hurriyyet.org xəbər verir ki, Liviyada BMT-nin tanıdığı, baş nazir Fəyaz əl Sərracın başçılıq elədiyi Milli Barışıq Hökumətinin strateji məntəqələrə nəzarəti ələ almasından sonra yerli tayfalar qiyamçı general Xəlifə Həftərdən üz çevirməyə başlayıblar.

Ölkənin cənubunda yerləşən Ubari rayonundakı Tuareg tayfaları 2019-ci ilin fevralında Həftər tərəfində olduqlarını bildirsələr də, dünən artıq MBH tərəfinə keçdiklərini bəyan ediblər. Milli Barışıq Hökuməti tayfa liderlərinin müraciətinə müsbət yanaşaraq, qəbul edib. Müraciət mətnində Liviyada sabitlik naminə aparılan müharibədə hökuməti dəstəklədiyinə görə Türkiyəyə xüsusi təşəkkür edilib.

Hurriyyet.org