Həftər Berlin konfransını yarımçıq tərk edibmiş! – “Cib telefonunu  söndürdü, bir anda…”

39

Hurriyyet.org xəbər verir ki, qiyamçı general Həftərin Berlində Liviyadakı vəziyyətlə bağlı keçirilən konfransı yarımçıq tərk elədiyi iddia edilib.

Liviyalı general Xəlifə Həftərin Berlindəki sülh konfransını heç kimə xəbər vermədən tərk elədiyi irəli sürülür. Rusiyalı diplomatik mənbə atəşkəs razılaşmasının bu səbəbdən imzalanmadığını iddia edərək deyib: “Qəribə davrandı: telefonunu söndürdü, əlaqə saxlamadı və heç kimə xəbər vermədən getdi”.

Liviyadakı vətəndaş müharibəsində şərq qüvvələrinə komandanlıq edən qiyamçı general Həftərin Berlində daimi atəşkəs razılaşmasını imzalamağı rədd elədiyi bildirilir. Xəbəri Rusiyaya məxsus “Sputnik” informasiya agentliyininin ingilis redaksiyası yayıb.

Hurriyyet.org