Həftər qüvvələri addım-addım geri çəkilir – Daha bir məntəqə qiyamçılardan təmizləndi

48

Hurriyyet.org xəbər verir ki, Liviya ordusunun rəsmi mətbuat nümayəndəsi polkovnik Məhəmməd Kununu yazılı açıqlamasında ordu qüvvələrinin paytaxt Tripolinin cənubundakı Esabia məntəqəsini Həftər qiyamçılarından təmizləyərək nəzarət altına aldığını bildirib.

Paytaxtdan cənubda yerləşən və 27 min əhalisi olan Esabia qiyamçıların Tripoliyə hücum etməsi üçün mühüm strateji üstünlüyə malik idi.

Hurriyyet.org