Həddini aşan açıqlama! – Türkiyə qorxusundan bunları söylədilər

24

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Şərqi Aralıq dənizindəki fəaliyyətindən narahat olmuş Yunanıstanın Nazirlər Kabinetinin mətbuat katibi Stelios Petsas yaranmış gərginliklə bağlı hər bir nəticəyə hazır olduqlarını söyləyib və “Türkiyədən qorxmuruq” deyə bəyan edib.

Ötən həftə Türkiyənin TPAO neft şirkəti Aralıq dənizində qazma fəaliyyətləri üçün əlavə 7 neft yatağı ilə bağlı müraciətindən sonra enerji Nazirliyinin qərarı 30 may tarixində “Rəsmi Qəzet”də dərc edilmişdi.

Yunanıstanın xarici işlər naziri Nikos Dendias Türkiyənin bu qərarını Yunanıstanın suveren  hüquqlarının pozulması cəhdi olduğunu iddia edib. Türkiyə XİN mətbut katibi Hami Aksoy isə Yunanıstana cavab verərək, bu ərazilərin Türkiyənin BMT-yə bildirdiyi qitə şelfi sərhədləri içərisində olduğunu bildirmişdi.

Hami Aksoy yazılı açıqlamasında TPAO-nun kəşfiyyat və qazma işlərini həyata keçirmək üçün icazə aldığı sahələrin Türkiyənin BMT-yə bildirdiyi qitə şelfi sərhədləri içərisində olduğunu xatırlatmaqla yanaşı qeyd edib: “Ölkəmiz dəfələrlə bəyan elədiyi kimi, bu ərazidə suveren hüquqlarından istifadə eləməyə qətiyyətlə davam edəcəkdir”.

Hurriyyet.org