“Heç kim verdiyimiz qərarlara görə bizi tənqid edə bilməz” – RUHANİ

    18

    Hurriyyet.org xəbər verir ki, İran prezidenti Həsən Ruhani uranın zənginləşdirilməsi ilə bağlı verilən son qərarların nüvə müqaviləsinin pozulmasına cavab olduğunu bildirərək deyib: “Heç bir ölkə bu məsələdə bizi tənqid edə bilməz. Nüvə müqaviləsinin 26-cı 36-cı maddələri bizə bu hüququ verməkdədir”.

    Bəlli olduğu kimi, ABŞ prezidenti Donald Tramp ölkəsinin də imzaladığı İranla nüvə müqaviləsindən imtina elədikdən sonra, İran dövləti iyul ayının ilk həftəsində uranın zənginləşdirilməsi həcmini artıracağını (300 kiloqramdan çox) bəyan edib.

    Hurriyyet.org