“Heç toxunmadımı sizə yaşadıqlarımız?” – Günay Acunu tənqid etdi

108

“Əlbəttə ki, bu günlər keçəcək, xalqım zəfər qazanacaq. Qarabağımın işğal olunmuş torpağında Azərbaycan-Türk bayrağı dalğalanacaq! Amma biz heç zaman unutmayacağıq yanımızda duranları da, kənarda qalanları da”.

Bu sözləri Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva sosial media hesabında yazıb.

O, İnstaqram “Story”də TV8 kanalının sahibi Acun Ilıcalını tənqid edərək Azərbaycana dəstək olmamasını qınayıb:

“Mənim diqqətimi Acun Ilıcalı çəkdi – türkəsilli qardaşımız. Yüzlərlə azərbaycanlının “O səs Türkiyə”, “Yetenek sizsiniz”, “Survivor Türkiyə” proqramlarında sevərək iştirak edən, izləyici kütləndə və reytinqində az əməyi olmayan Azərbaycan türkləriyik biz. Acun bəy, niyə səssiz qaldınız? Heç toxunmadımı sizə yaşadıqlarımız? Çətin gəldi 13,4 milyonluq səhifənizdə heç olmasa bir Azərbaycan bayrağı paylaşaraq dəstək olmaq?”.              //Big

"Heç toxunmadımı sizə yaşadıqlarımız?" – Günay Acunu tənqid etdi