Həbibin atası rekordlar kitabına düşdü

    33

    Dağıstan əsilli Rusiya təmsilçisi Həbib Nurmaqomedovun atası Abdulmanap Nurmaqomedov Rusiyanın rekordlar kitabına düşüb.

    Bizimyol.info Rusiya mətbuatına istinadən xəbər verir ki, Abdulmanapa, sambo üzrə dünya çempionu olan 18 idmançı yetişdirdiyi üçün setrifikat təqdim olunub. 56 yaşlı mütəxəssis mükafatını boks üzrə dünya çempionatı keçirilən Yekaterinburqda alıb.

    Qeyd edək ki, Abdulmanap Nurmaqomedov, Həbibin həm atası, həm də məşqçisidir.