HDP BAYRAM EDİR! – Həmsədr Temelli: “İstanbulda seçkilərin nəticəsini biz müəyyənləşdirdik” – VİDEO

    18

    Hurriyyet.org xəbər verir ki, Türkiyədə PKK tərəfdarlığı ilə tanınan HDP partiyasının həmsədri Sezai Temelli, İstanbulun bələdiyyə başçısı seçilən CHP namizədi Əkrəm İmamoğlunu təbrik edərək deyib: “Bu seçkilərdə iştirak eləmiş 16 milyon istanbulluya təşəkkür edirəm. HDP seçicisinə, kürd xalqına bir daha təşəkkür edirəm”. Temelli dünənki çıxışında deyib: “İstanbulda seçkilərin nəticəsini müəyyənləşdirən HDP-nin yanaşması oldu”.

    Hurriyyet.org