“Hazırda Liviyaya yalnız hərbi məsləhətçiləri göndərmişik” – Ərdoğan

18

Türkiyə hazırda Liviyaya yalnız hərbi məsləhətçi və təlimatçılarını göndərib.

"Türkiye" qəzeti xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk jurnalistlərinə açıqlamasında deyib.

"Hazırda oraya (Liviyaya – red.) hərbi qüvvə göndərmirik. Biz yalnız hərbi məsləhətçi və təlimatçı ştatını göndərmişik", – deyə R. T. Ərdoğan bildirib.

Onun fikrincə, Rusiya və Türkiyə liderlərinin Liviyada atəşkəs rejiminə riayət edilməsi çağırışı yeni siyasi həll imkanlarını açacaq: "Siyasi həll yolunda səylərimizin bir hissəsi olaraq Berlində Liviya ilə bağlı sammitdə iştirak etdik. 55 bənddən ibarət sammitin bəyannaməsini qəbul etdik" siyasi proses üçün fürsət açılacaq. Atəşkəsə əməl olunarsa, siyasi proses üçün fürsət açılacaq"./apa/