Türkiyə Naxçıvanın atəşə tutulmasına sərt reaksiya verdi

    3

    Hazırda Türkiyənin Naxçıvanla bağlı həssas davranması təsadüfi deyil. Çünki 1921-ci ildə Türkiyə və Rusiya arasında əldə olunan Qars razılaşmasına əsasən rəsmi Ankara Naxçıvana qarşı xarici müdaxilə baş verdiyi halda ona qarşı cavab vermək hüququna malikdir. Həmin vaxt Naxçıvan və Şərur rayonlarına erməni iddiaları Türkiyənin qəti mövqeyi və vetosu ilə rədd edildi(anspress).