Azərbaycanda yeni Agentlik yaradılır

    6

    “Hazırda peşə ixtisas təhsili müəssisələrində ixtisaslar optimallaşdırılır. Gələcəkdə peşə məktəblərinin yataqxanalarla təchiz olunaraq kompleks şəkildə fəaliyyət göstərəcəyi nəzərdə tutulur. Azərbaycanda Peşə Təhsili Dövlət Agentliyinin yaradılması nəzərdə tutulur ki, burada məqsəd müasir menecment modellərinin tətbiqi, peşə təhsili sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi, istiqamətlərin koordinasiyasında səmərəlik, yeni imic və cəlbedicilikdir. Peşə təhsili sistemində idarəetmə modelinin dəyişilməsi istiqamətində də işlər aparılır ki, bu sahədə Sinqapur, Koreya, Finlandiya və Almaniya modelləri öyrənilir“, – deyə nazirlik rəsmisi əlavə edib.(report)