Hava ilə bağlı XƏBƏRDARLIQ

57

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 4-də ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, əvvəlcə şimal və şərq bölgələrində, noyabrın 5-i axşamdan 7-si gündüzədək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, şimal və şərq rayonlarında güclü olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.