Harvard professoru: “Oumuamua yerdənkənar sivilizasiyaya məxsusdur”

333

Huriyyet.org xəbər verir ki, Harvard Universitetinin Astronomiya fakültəsinin dekanı professor Avi Lyob 2017-ci ildə Yer planetinin yaxınlığından keçən səma cisminin dünyadankənar sivilizasiyaya məxsus olduğuna dair tutarlı faktlara sahib olduğunu yazıb.

Bu cisim Havaydakı Papramik Araşdırma Teleskopu (Pan-STARRS) tərəfindən qeydə alınaraq Oumuamua (Havay dilində “kəşfiyyatçı”) adlandırılmışdı. Lyob: “Yadplanetli: dünyadan kənarda şüurlu həyatın ilk işarələri” adlı kitabında (kitab 26 yanvar tarixində işıq üzü görəcək) bu nəsnənin 6 sentyabr 2017-ci il tarixində Günəş sistemi orbitində göründüyünü, “Yer planeti ilə bağlı müşahidə apara biləcəyini” bildirib.

Lyob Oumuamua adlanan obyektin Günəşə çox yaxınlaşmasını və Günəşdən uzaqlaşarkən sürətinin fiziki qanunlara görə, azalmaq əvəzinə artdığını diqqətə çatdıraraq, onun araşdırma aparan yadplanetli gəmisi ola biləcəyini ehtimal edib.