Haqq savaşımızda sınaqdan üzüağ çıxmayan ölkələrlə necə davranaq – yeni taktika, yoxsa…

312

Vətən müharibəsi günlərində və ondan sonrakı dönəmdə erməni işğalının və terrorunun yanında olanlarla bağlı hansı qərarı verməli; ekspertlər danışır

Vətən müharibəsi dövründə Azərbaycana dost və düşmən ölkələr simalarını göstərdilər… Beynəlxalq hüquqa hörmətlə yanaşan, Azərbaycanın ərazi bütövlüyünü tanıyan və erməni işğalına qarşı mübarizədə bizimlə birgə olan dövlətlərin təbii ki, öz yeri var. 

Amma bu mərhələdə ölkələr də oldu ki, nəinki Ermənistanın Gəncə, Tərtər, Bərdə əhalisinə qarşı raket hücumunu pisləmədi, hətta Azərbaycan ərazilərini on illərdir işğalda saxlayan, terror yuvasına çevirən qanunsuz birləşmələrin müdafiəsinə qalxdılar. Xüsusilə Avropa ölkələrindən – Fransa, Belçika, Hollandiya tərəfindən işğalçı Ermənistana və Qarabağdakı separatçı-terrorçu quruma dəstək xarakterli addımların atılması “demokratiya” libasına bürünmüş bu ölkələrin gerçək mahiyyətini ortaya çıxartdı. Azərbaycanın dövlət başçısı da öz çıxışlarında və xalqa müraciətində dəfələrlə anti-Azərbaycan mövqeli çevrələrə, təşkilatlara və paytaxtlara kəskin etirazını bildirdi, Azərbaycanın daxili işlərinə burunlarını soxanları Qarabağda törədilmiş vandalizm aktlarına diqqət yetirməyə çağırdı.

Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə  əlaqədar videoformatda qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən ölkəmizə qarşı  ədalətsiz yanaşma ortaya qoyan, “erməni abidələri”nin müdafiəsinə qalxan UNESCO barədə tutarlı arqumentlərlə tənqidi fikirlərini iafdə etdi. Sitat: “Getsinlər baxsınlar, ermənilər müsəlman abidələrini nə günə qoyublar?! Niyə 30 il ərzində bu məsələ ilə bağlı UNESCO məsələ qaldırmayıb? Biz dəfələrlə müraciət etmişik, dəfələrlə. Bu müraciətlər məktublar formasında sənədləşdirilib. İki il əvvəl UNESCO-nun yeni rəhbərliyinə də belə təklif verildi ki, missiya göndərin. İşğal edilmiş torpaqlara missiya gəlsin, baxsın ki, nə günə qoyublar bizim tarixi abidələrimizi? Nə oldu UNESCO-nun rəhbərliyinin cavabı? Dedilər ki, biz məsələni siyasiləşdirmək istəmirik. Yaxşı, iki il bundan əvvəl məsələni siz siyasiləşdirmək istəmirdiniz, bəs indi niyə siyasiləşdirmək istəyirsiniz? Cavab versinlər, çox sadə bir cavab, məntiqli bir cavab. Cavab yoxdur. Zəngilanda mən onlara müraciət etdim. Dedim, açın gözünüzü baxın nə günə salıblar ermənilər bizim məscidimizi. Bir reaksiya gəldimi oradan? Yox! Budur ermənilərin dağıtdığı. Yaxşı biz nəyi dağıtmışıq? Biz nə etmişik? Ancaq təmir etmişik, qorumuşuq. Ona görə, bilirsiniz, biz belə əsassız yanaşmanı, sadəcə olaraq, diqqətsiz qoya bilmərik”. Dövlət başçısı bildirdi ki, biz UNESCO ilə bundan sonra da əməkdaşlıq etməyə hazırıq: “Ancaq bir şərtlə ki, UNESCO öz beynəlxalq statusunu saxlasın. UNESCO hər hansı bir ölkənin filialı deyil. Əgər bu yanaşma bizim münasibətlərimizdə üstünlük təşkil edərsə, əməkdaşlıq olacaq. Əgər yox, olmayacaqsa, bu əməkdaşlığa yenidən baxmaq olar. Hər halda, bizim niyyətimiz təmizdir. İkili standartlardan, islamofobiyadan, ayrı-seçkilikdən azad olan münasibətlər olmalıdır”. Ölkə rəhbəri Azərbaycanla normal münasbətlərdə maraqlı olan beynəlxalq təşkilatlar və dövlətlərlə əməkdaşlıqda hər zaman maraqlı olduqlarını bəyan edib. Ancaq belə görünür ki, bəzi paytaxtlar “ikili standartlar”ı kənara qoymaq niyyətində deyillər. Belə olan təqsdirdə qarşıdakı dövrdə xarici ölkələrlə yeni əməkdaşlıq, yeni siyasət istiqamətləri müəyyən ediləcəkmi? Bizə qarşı anormal davranışlılara nə cür cavab verək: sərt, yoxsa bundan sonra onları da özümüzə dost etmək kursu götürək? Avropa ölkələri ilə münasibətlərdə yeni yol xəritəsinə ehtiyac yaranıbmı?

Alqış HƏSƏNOĞLU: “BU OĞRULARI İDARƏÇİLİYƏ KİM SIRIYIB?”

Sabiq millət vəkili Alqış Həsənoğlu “Yeni Müsavat”a bildirdi ki, bu, çox həssas bir mövzusur: “Elə bu həssaslığı və yerləşdiyimiz bölgənin mürəkkəbliyini nəzərə alaraq 1993-cü ildə hakimiyyətə yenicə gəlmiş Heydər Əliyev ölkəsinin xarici siyasət xəttini cox haqlı və çox dəqiq olaraq ”nazik sap üzərində həyata keçirilən gediş”ə bənzətmişdi. Bu gün Azərbaycan Prezidenti həmin obrazlı ifadəyə  – və təbii ki, həmin həssas siyasi xəttin davamına – işlək bir məzmun əlavə edib. Azərbaycan lideri az qala bütün cixışlarında, müsahibələrində birmənalı olaraq vurğulayır: “Azərbaycan qaşıdırma yox, əməkdaşlıq məkanıdır”. Amma bu əməkdaşlıq yalnız qarşlıqlı faydalı münasibətlər, əlaqələr əsasında gerçəkləşə bilər. Biz bu məqsədə hansı dərəcədə nail ola bilirik? Əlbəttə ki, bizdən asılı olan və bizim iradəmizdən aslı olmayan məsələlər var. Azərbaycan tərəfi həmişə çalışır ki, yeni düşmən yox, yeni dostlar qazansın. Elə xarici siyasətin əsas qayəsi də məhz bundan ibarətdir. Bəs bizim bu səmimi istəyimizə qarşı ayri- ayrı dövlətlər necə, hansı səmimiyyətlə qarşılıq verirlər? Qonşularımızın münasibət bəllidir. Qərb dövlətlərinin münasibəti isə bəzən ziddiyyətli, bəzən isə çox anlaşılmazdır. Təəssüf ki, Qərbin Azərbaycana, həm də təkcə Azərbaycana yox, bütünlüklə postsovet respublikalarına – Baltikyanı ölkələr istisna olmaqla – yanaşması birmənalı deyil. Müşahidələr göstərir ki, Qərb postsovet ölkələrini müstəqil dövlətçilik institutlari kimi deyil, müstəqil çoğrafiyalar statusunda təsəvvür edir. Qərb postsovet ölkələrinin ərazisindən hərbi-siyasi platsdarm kimi, yeni ticarət məkanı kimi istifadə etməkdə daha çox maraqlıdır. Ancaq həmin gənc respublikaların dövlət maraqlarını, milli prioritetlərini müdafiə etməkdə o qədər də istəkli görünmür”. A.Həsənoğlu bir məqama da diqqət çəkdi: “Bir haşiyə çıxım. Tez – tez nümunə göstərirlər ki, Qərbin, Amerikanın dəstəyi ilə Saakaşvili Gürcüstanda demokratik cəmiyyət yarada bildi. İndi sual yaranır? O necə demokratik ölkədir ki, onu yaradan Saakaşvilinin özünü həmin ölkəyə buraxmırlar? Və ya həmin Qərb Saakaşvilini şirnikləndirəndən sonra çətin vəziyyətə düşmüş Gürcüstan liderinə real dəstək vermək əvəzinə, onun qalstukunu necə çeynəməyinə tamaşa etməklə kifayətləndilər. Belə dəstək olar? Yəqin ki, siz izləmisiniz, 44 gün ərzində Azərbaycan lideri ilə müsahibə götürən Qərbin mətbuat nümayəndələri necə davranırdılar. Sanki onların hər birinin içində Azərbaycanı didməyə, dağtmağa hazır dayanan bir əcaib məxluq oturmuşdu. Təəssüf ki, həmin mətbuat nümayəndələri aqressiv hərəkətləri ilə təmsil etdikləri qitəni yerli auditoriyaya işğalçı sovet əsgərindən, cani Araik arutyunyanla qol-boyun öpüşən sülhməramlıdan daha xeyirxah və daha ədalətli obrazda təqdim edə bilməlidilər. Ona görə də Qərb Azərbaycanı yeni məzmunda və layiq olduğu səviyyədə həzm etməlidir. Bir şərtlə, Əli bəy Hüseynzadənin dediyi kimi, mədəsinə yox, düşüncəsinə. Təbii ki, biz ətrafımızı – qonşularımızı, Qərb ölkələrini başqalarıyla dəyişmək səlahiyyətlərinə sahib deyilik. Biz yenə əməkdaşlıqda maraqlı olmalıyıq. Hazırda bölgədə yeni mənzərə yaranıb. Azərbaycan regionun qalib dövləti, qalib xalqı olmaqla bərabər, həm də qalib coğrafiyasıdır, yeni geosiyasi konfiqurasiyanın həlledici məntəqəsidir. Eyni zamanda unutmamalıyıq ki, qalib kimi yaşamağın öz çətinlikləri var. Cünki məğlub kim yaşamanın sərtləri çox bəsitdir. Məğlubsansa, sən öz taleyinlə barışıb yaşayırsan. Qalibsənsə, başqaları sənin taleyinlə barışmağa məhkumdur. Bu baxımdan biz ölkə olaraq yeni, şərəfli, həm də mürəkkəb bir mərhələyə daxil oluruq”.

“Əlbəttə, müharibə dövründə ermənipərəst mövqedən çıxış edən siyasi mərkəzlər, dövlətlər oldu. Bunun ən böyük örnəyi Fransa oldu ki, vasitəçi olmasına rəğmən, açıq şəkildə Ermənistanın mövqelərini müdafiə etdi. Fransa parlamentində Azərbaycanın əleyhinə sənəd qəbul olundu. Həmçinin Belçika və Hollandiya parlamentlərində. Ancaq bu, o demək deyil ki, biz o ölkələrlə münasibətlərə son qoymalıyıq. İşləmək, çalışmaq lazımdır, diplomatiyamız fəallaşmalıdır”.

Elxan Şahinoğlu “Real” TV-də veriliş açıb: “Bu sahədə boşluq var idi”

Politoloq Elxan Şahinoğlu bu fikirləri qəzetimizə söylədi. Bildirdi ki, Fransa Avropanın iki aparıcı dövlətlərindən biridir: “Əlbəttə, biz hər zaman deyirik ki, Fransada ermənipərəst mövqe güclüdür, Fransa prezidentinin yanlış mövqeyi var. Amma bu, o demək deyil ki, Fransa cəmiyyəti, siyasi dairələri ilə işləməməliyik, mövqelərimizi möhkəmləndirməməliyik. Əslində bizim səfirliklərdən bəzi suallara cavab istəmək lazımdır. Onlar bu illər ərzində nə işlə məşğul olublar ki, Fransa Senatının 360 üzvündən 305-i bizim əleyhimizə səs verib? Bu, çox biabırçı bir rəqəmdir. Biz bu haqda düşünməliyik, özümüzə tənqidi yanaşmalıyıq. Oradakı səfirliyimiz fəallaşmalıdır. Dövlət başçısı Ceyhun Bayramovu xarici işlər naziri təyin edəndə onun qarşısında mühüm vəzifələr qoymuşdu. Bu vəzifələrdən biri xarici ölkələrdəki səfirliklərimizin çevik fəaliyyətini təmin etməkdən ibarət idi. Çox təəssüf ki, mən bu istiqamətdə aparılan işləri uğurlu qiymətləndirməkdən hələlik uzağam. XİN-in fəaliyyətində elə də fəallıq müşahidə olunmur”.

E.Şahinoğlu qeyd etdi ki, eləcə də Belçika və Hollandiyada mövqelərimizi gücləndirməyə çalışmalı, oradakı Azərbaycan diasporunu fəallaşdırmalıyıq: “Bütün bu işlər görülməlidir. Yoxsa demək ki, Belçika, Fransa, Hollandiya bizim əleyhimizə mövqe qoyub, bunlarla bizim işimiz qurtardı, bu, doğru deyil. Biz onlarla münasibətləri tam kəssək, o paytaxtların ermənipərəst mövqeləri digər dövlətlərə də sirayət edəcək. Biz bunun qarşısını almaq, oradakı dostlarımızın sayını artırmaq istiqamətində fəaliyyətimizi gücləndirməliyik”.

E.PAŞASOY,
“Yeni Müsavat”