Hansı valyuta ilə əmanət qoymaq sərfəlidir: Manatla, yoxsa dollarla?

    9

    Bu ilin iyun ayının əvvəlinə əhali tərəfindən banklarda yerləşdirilən əmanətlərin həcmi 7 milyard 867,5 milyon manata təşkil edib. Nəticədə son bir il ərzində əmanətlərin həcmi 14,9% və ya 1 milyard 20,8 milyon manat artıb.

    Hurriyyet.org xəbər verir ki, Yeniavaz.com-un Mərkəzi Bankın (MB) açıqladığı statistik göstəricilərə istinadən apardığı hesablamalar göstərir ki, kredit təşkilatlarında yerləşdirilən əmanətlərin 37,1%-i və ya 2 milyard 919 milyon manatı milli valyuta, 62,9%-i və ya 4 milyard 948,3 milyon manatı isə xarici valyuta ilə cəlb olunub. Milli valyuta ilə cəlb olunan əmanətlərin orta faiz dərəcəsi 7,8%, xarici valyuta ilə cəlb olunan əmanətlərin orta faiz dərəcəsi isə 2,3% olub.

    Əmanətlərin 92,2%-i və ya 7 milyard 253,4 milyon manatı Bakı şəhərinin payına düşüb. Bakıdan sonra banklarda ən çox əmanət Abşeron, Aran və Gəncə-Qazax iqtisadi rayonlarından yerləşdirilib. Banklara ən az əmanət qoyan iqtisadi rayonlar isə Dağlıq Şirvan və Yuxarı Qarabağ olub. Əmanətlər üzrə faiz dərəcələrinin ən yüksək həddi Abşeron iqtisadi rayonlarında qeydə alınıb. Bu rayonda orta faiz dərəcəsi 6, 7% təşkil edib. Ən aşağı faiz dərəcəsi isə Naxçıvan (2,2%) və Yuxarı Qarabağ (3,1%) iqtisadi rayonlarında müşahidə olunub.