Hansı heyvanları və harada ovlamaq olar? – SİYAHI – RƏSMİ

    18

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2018-2019-cu illərin ov mövsümündə vəhşi heyvanların və quşların ovlanmasının müddətləri və normaları açıqlayıb.

    Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti ölkə ərazisində bəzi heyvanların (çaqqal, yenot, ala qarğa və sağsağan) saylarının tənzimlənməsi məqsədilə müvafiq icazə əsasında il boyu ovlanmasına icazə verib.

    Azərbaycan Respublikasının ərazisində bəzi heyvanların (çaqqal, yenot, ala qarğa və sağsağan) saylarının tənzimlənməsi məqsədilə müvafiq icazə əsasında il boyu ovlanmasına icazə verilib.

    Ov obyekti olan vəhşi

    heyvan və quş növü

    Ovlanma müddəti

    Adambaşına 1 dəfəlik norma

    Dağıstan turu

    26 may 2018-ci il –

    13 oktyabr 2018-ci il

    1 baş (3 nəfərdən

    az olmayan qrup

    ovçulara)

    Qaban (Çöl donuzu)

    15 sentyabr 2018-ci il –

    22 dekabr 2018-ci il

    1 baş (3 nəfərdən

    az olmayan qrup

    ovçulara)

    Dovşan

    17 noyabr 2018-ci il –

    12 yanvar 2019-cu il

    2 baş

    Bataqlıq qunduzu (nutriya)

    06 oktyabr 2018-ci il-

    16 fevral 2019-cu il

    (volyerlərdə saxlamaq

    üçün)

    Nutriya təsərrüfat-

    ları olan təşkilatlar üçün

    Cüllüt (ağquyruq çökükburun, qırqıldayan cüllüt, kiçik kroşnep

    və çöl haçaquyruq cüllütü istisna olmaqla)

    15 sentyabr 2018-ci il –

    24 noyabr 2018-ci il

    6 ədəd

    Qaz (ağqaş və qırmızıdöş qaz istisna olmaqla)

    13 oktyabr 2018-ci il –

    16 mart 2019-cu il

    1 ədəd

    Ördək (ağgöz qara ördək, göydimdik, qılquyruq ördək və mərmər cürə istisna olmaqla)

    13 oktyabr 2018-ci il –

    16 mart 2019-cu il

    4 ədəd

    Qaşqaldaq

    13 oktyabr 2018-ci il –

    16 mart 2019-cu il

    6 ədəd

    Alabaxta və bildirçin

    24 avqust 2018-ci il-

    17 noyabr 2018-ci il

    6 ədəd

    Vəhşi heyvan və quşların sayını tənzimləmək məqsədilə ov edilməsinə bir sıra rayonların müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında icazə verilir. Belə ki, qaban (çöl donuzu) – Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Qusar, Xaçmaz, Neftçala, Yardımlı, Şəki və İsmayıllı, dağıstan turu – Zaqatala, Şəki, Qax, İsmayıllı, Quba, Oğuz,dovşan – Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı, vəhşi quşlar – yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və ya xüsusi müəyyən olunmuş ov sahələrində ovlana bilər.

    Bəzi ərazilərdə isə ov qadağan edilir. Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy, Tərtər və digər sərhədyanı və ya cəbhə zonasına yaxın inzibati rayonların ərazilərində, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə, xüsusi mühafizə olunan ərazilərin daxilində və sanitariya-mühafizə zonalarında ov edilməsi qadağandır.

    Qeyd edək ki, 2018-2019-cu illərin ov mövsümü 2018-ci il 26 may tarixindən etibarən açıq elan edilir. \\ednews.net

    HURRİYYET.ORG