“Hamımız süni intellektin bizi hara aparacağından narahat olmalıyıq” – İlon Mask

33

ABŞ-ın texnologiya nəhəngi “Tesla” şirkətinin baş direktoru İlon Mask süni intellektin tərəqqisindən olduca narahat olduğunu dilə gətirib.

Musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, o bununla bağlı “Bİ” saytında məlumat yayılıb.

Amerikalı milyarderin sözlərinə görə, kompüterin insanların koqnitiv qabiliyyətini (koqnitivlik-başa düşmək, dərk etmək, öyrənmək-red.) ötüb keçməyəyəcəyini düşünməyənlər təsəvvür olunandan da səfeh adamlardır.

“Hər kəs süni intellektin (Sİ) irəliləmə səviyyəsindən narahat olmalıdır. Lakin görürəm ki, bununla bağlı hətta çox ağıllı hesab olunan şəxslərdə yanılma mövcuddur. Onlar kompüterlərin insanlardan daha dərrakəli olması fikir ilə barışa bilmirlər. Həmin insanlaırn məntiqi çatışmazlığıını səbəbi də budur. Yəni onlar düşündüklərindən də axmaqdırlar”,-deyə o qeyd edib.

İlon Mask daha öncələr də Sİ-in insanlıq üçün nüvə raketlərindən də təhlükəli olduğunu, buna görə də texnologiyaların inkişafının monitorinqi üçün normativ aktların qəbul edilməsini vacibliyini dəfələrlə vurğulayıb.

Lakin dünyanın ən böyük sosial şəbəkə platformalarını əlində cəmləşdirən Facebook şirkətinin sahibi Mark Sukerberq onunla razılaşmadığını açıqlayıb. M.Sukerberqin sözlərinə görə, Sİ tibbi xidmətin yaxşılaşdırılması, avtomobil qəzalarının azalmasında önəmli rol oynayıb. O, süni intellektə yönəlik həddindən ziyadə bədbin proqnoz və düşüncələri “tam məsuliyyətsizlik” adlandırıb.