Hamilə arvadını qısqanaraq öldürən şəxsin məhkəməsi başlayır

321

Abşeronda hamilə arvadını öldürməkdə təqsirləndirilən Anar Bəkirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi hakim Samir Əliyevin icraatındadır.

Qeyd edək ki, hadisə bu il aprelin 29-da baş verib.

İttihama görə, 1991-ci il təvəllüdlü Anar Bəkirov Qobu qəsəbəsində yaşadıqları evdə qısqanclıq zəminində 1993-cü il təvəllüdlü həyat yoldaşı Leyla Bəkirovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürüb.

27 yaşlı qadın Leyla Bəkirova 7 aylıq hamilə olub. A.Bəkirov qadının döş nahiyəsinə 3 dəfə bıçaq zərbəsi endirib və daha sonra onun boğazını kəsib.

Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.