Əhalinin banklarda 7.8 mlrd. manat əmanəti var

    3

    30 aprel 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27.7 mlrd. manat, cəmi öhdəlikləri isə 23.8mlrd. manat təşkil edib.

    Bu barədə Hurriyyet.org-a Maliyyə Bazarlarına Nəzarət Palatasından xəbər verilib.

    Məlumata görə, göstərilən dövrdə bank sektorunun balans kapitalı 3.9 mlrd. manat, əhalinin əmanətləri isə 7.8 mlrd. manat olub. 2018-ci ilin aprel ayı ərzində bank sektorunun aktivləri 0.9% (256 mln. manat), öhdəlikləri 1.1% (258 mln. manat) azalıb, kapitalı isə 0.04% (2 mln. manat) artıb.

    Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2,467 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,503 nəfər təşkil edib. Aprel ayında bank sektorunda işçi sayı 0.7% və ya 114 nəfər artıb.

    30 aprel 2018-ci il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.