ƏHALİ 4 AYA 16 MİLYARD QAZANIB?

    6

    Natiq Cəfərli: “Reallıqda inflyasiya nominal artımı “yeyir””

    2018-ci ilin yanvar-aprel aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,2 faiz artaraq 16 milyard 272,8 milyon manat olub.

    Məlumata görə, nominal gəlirlər əhalinin hər nəfərinə orta hesabla 1662,1 manat təşkil edib.

    Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 14944,7 milyon manatlıq və ya əvvəlki ildəkindən 9,5 faiz çox vəsait qalıb.

    Ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,2 faiz artaraq 16 milyard manatdan çox artsa da bu, o demək deyil ki, əhalinin həyat səviyyəsi, güzəranı yaxşılaşıb. Hər bir istehlakçı bilir ki, ərzağın, kommunal ximətlərin qiymətlərinin artması müqabilində prezident seçkilərindən öncə 10 faiz əməkhaqqı artımı onların xərclərini qarşlamaq iqtidarında deyil.

    Əslində, hökumətin nominal gəlirlərin artmasını bəyan etməsi prezident seçkilərdən öncə 10 faiz əməkhaqqı artmının nəticəsini nümayiş etdirməkdir. Amma reallıq isə bunun əksini deməyə imkan verir. Ölkə əhalisinin nominal gəlirləri artıbsa, məntiqlə real gəlirləri də artmalı idi. Halbuki, əhalinin real gəlirləri daha da azalıb. Çünki cuzi əməkhaqqı artımı müqabilində ərzaq və kommunal xidmətlərin xərcləri daha da yüksəlib. Hələ əhalinin dərman pereparatlarına ehtiyaclarını nəzərə alsaq, nominal gəlirlərin artmı heç bir əhəmiyyət daşımır. Çünki əhalinin əksər hissəsi xəstədir. Əhali demək olar ki, ərzaq və kommunal xərclərlə yanaşı, dərman pereparatlarına da xeyli vəsait xərcləyir. İynə, dərmanların isə qiymətləri artmaqda davam edir. Belə olan halda, nominal gəlirlərin artması da ölkə əhalisinin ehtiyaclarını həll etməyə yetərli deyil. Halbuki, ölkə əhalisi bütün lazmi xərclərdən sonra ehtiyat vəsait toplamalıdır ki, ailələr ciddi problemlərlə üzləşəndə o problemləri həll edə bilsin. Ölkə əhalisi isə nəinki ehtiyat vəsait toplamaq, heç banklara olan borcunu ödəmək iqtidarında deyil. Bunu banklara olan problemli kreditlərin ötən illə müqayisdə bu il artması və 2 milyard manata çatması da göstərir. O zaman sual olunur nominal gəlirlər artıbsa, problemli kerditlərin həcmində niyə azalma müşahidə edilmir? Deməli ki, artan nominal gəlirləri infliyasiya “yeyib”. Ona görə də ölkə əhalisi nominal gəlirlərin artmasını o zaman hiss edəcək ki, inflyasiya nominal gəlirlərin artmını üstələyə bilməyəcək. Amma bu gün də inflyasiya nominal gəlirləri üstələyir. O baxımdan da hökumət nominal gəlirləri nümayiş etdirməkdənsə, həqiqiəti, yəni ölkə əhalisinin real gəlirlərini açıqlamalıdır. Bu zaman isə ölkə əhalisinin real gəlirlərinin azalması ortaya çıxacaq. Görünür ki, ona görə də hökumət real gəlirləri açıqlamır.

    “İnflyasiyanın yüksək olduğu dövrlərdə nominal gəlir artımı əhəmiyyətli sayılmır”

    “İran balans yaratmağa çalışır” - NATİQ CƏFƏRLİ

    Ölkə əhalisinin nominal gəlirlərinin artmasını şərh edən iqtisadçı Natiq Cəfərli “Hürriyyət”ə xatırlatdı ki, seçkilərdən öncə bir çox sahələrdə əmək haqlarında 10 faizə yaxın artım müşahidə olundu: “Bununla bağlı ilin əvvəlində qərar verilsə də, prezident seçkilərdən öncə tətbiq olundu. Orta aylıq əmək haqqının nominal artımına uyğun olaraq indeksləşmə də həyata keçirildi. Təqribən 5,6 faiz oldu. Yəni 5,6 faiz indeksləşmənin olması və bir çox sahələrdə prezident seçkilərindən öncə 10 faiz maaş artımı nominal gəlirlərin artımına təkan verə biləcək və statistik göstəriciləri yaxşılaşdıracaq amillərdən birinə çevrildi. Bu mənada keçən illərə nisbətən bu il rəqəmlər həqiqətə daha yaxındır. Amma burada əmək haqqının nominal artımından söhbət gedir, burada inflyasiya nəzərə alınmır. Məsələn, keçən il nominal əməkhaqqı artımı 5,6 faiz artım elan olundu. Amma rəsmi inflyasiya da iki rəqəmli idi, 12 faizə yaxın idi, əzaq inflyasiyasi isə 17 faiz ətrafında idi. Bu, o deməkdir ki, real gəlirlər əksinə aşağı düşür. Yəni insanların nominal gəlirləri artsa da, reallıqda inflyasiya nominal artımı “yeyir”, hətta insanların cibinə girir. İnflyasiyanın yüksək olduğu dövrlərdə nominal gəlir artımı əhəmiyyətli sayılmır. Əgər bu, inflyasiya nəzərə alınmaqla baş versəydi, nominal gəlir artımı çox aşağı səviyyələrdə olardı. İndi rəsmi rəqəmlərə görə inflyasiyanın aşağı düşdüyünü, 1 rəqəmli olduğunu elan ediblər. Amma insanları əsas maraqlandıran ərzaq inflyasiyasıdır ki, o da hələ kifayət qədər yüksək səviyyədədir, yenə iki rəqəmli səviyyəyə yaxındır. Ona görə, ərzaq inflyasiyası vacibdir ki, Azərbaycanda əhalinin gəlirlərinin az qala 70 faizə yaxını məhz kommunal xərclərə və ərzaq almağa xərclənir. Məhz həmin sahələrdə qiymət artımının olması və qiymətin tez-tez dəyişməsi insanlarda daha çox ciddi narahatçılıq doğurur. Ona görə də nominal əmək haqqının və yaxud nominal gəlirlərin artımındansa, real gəlirlərin artımını hesablamaq daha doğru olardı. Artıq Avropa ölkələri də, dünya ölkələrinin əksəriyyəti də məhz bu yolla statistik göstərciləri açıqlayırlar. Real gəlir artımının səviyyəsini ölçməklə insanların rifah səviyyəsinin hansı dərəcədə yüksəldiyini göstəririlər. Azərbaycanda isə köhnə qaydaya uyğun olaraq nominal artım hesablanır və bunun da əksər hissəsini inflyasiya “yeyir””.

    “İnflyasiya insanların gəlirlərinin artmasına böyük ziyan vurur”

    “İndiki halda, real gəlirlər 16 milyardan çox ola bilərmi” sualna isə Natiq Cəfərli belə cavab verdi: “Xeyr, əgər real gəlirlər hesablansaydı, bu aydın olardı. Ona görə də inflyasiyanı çıxmaq şərtilə ilə insanların nominal gəlirlərinin hansı dərəcədə artıdığnı nəzərə alaraq real gəlirlər hesablanmalıydı, o zaman nominal gəlir artımı real gəlir artımından daha aşağı səviyyədə görsəncəkdi və aşağı rəqəmlərlə özünü ifadə edəcəkdi. Əslində, doğru olan da budur. Ona görə də dünya ölkələri nominal gəlir artımından kifayət qədər uzaqlaşıblar. Bunun çox ciddi bir göstərici olmadığını bilirlər. İnflyasiya nəzərə alınmadan real gəlirlər hesablanmadan insanların həyat səviyyəsinin yaxşılaşmasını söyləmək mümkün deyil. Ona görə, Azərbaycanda da statistik göstərcilər nominal artımla deyil, real artımla hesablanmalıdır. Bu zaman mənzərə daha aydın görünər ki, Azərbaycanda inflyasiya insanların gəlirlərinin artmasına nə qədər böyük maneəçilik və ziyan vurur”.

    “Ötən il 15,6 faiz nominal artım inflyasiya tərəfindən ikiqat “yeyilmişdi””

    “Azərbyacan hökuməti niyə real deyil, nominal gəlirləri hesablamağa və cəmiyyətə açıqlamağa üstünlük verir” sualına gəlincə, iqtisadçı vurğuladı ki, çünki nominal gəlilər daha yüksək göstəricilərdir. Açığı bunun məntiqini anlamaq o qədər də çətin deyil. Çünki nominal gəlir artımı daha yüksək rəqəmlərlə ifadə olunur. Bu da hökumətin statistik göstəricilərini daha yaxşı olduğunu cəmiyyətə elan etməyə imkan verir. Məsələn, keçən ilə il nominal artım real gəlirlər nəzərə alınıb hesablansaydı,15,6 faiz nominal artım inflyasiya tərəfindən ikiqat “yeyilmişdi”, o zaman hökumət məcbur ifadə etməliydi ki, əhalinin nominal gəlirlərinin artmasına baxmayaraq real gəlirləri təqribən 5 faizdən yuxarı azalıb. “Azalıb” sözü işlətməsin deyə və azalmaları göstərməsin deyə, nominal gəlir artımı terminindən və statstik göstəricilərin belə yanaşmasına üstünlük verir”.

    Şamo EMİN, Hurriyyet.org