Hakerlər Tramp və Madonnanın şəxsi məlumatlarını ələ keçirdilər – Külli miqdarda pul tələb edirlər

39

Amerika Prezidenti Donald Tramp, pop ulduz Madonna və bir neçə dünya şöhrətli müğənninin şəxsi məlumatlarını ələ keçirən hakerlər istədikləri məbləğin miqdarını açıqlayıb.

Hurriyyet.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Revil” adlı qrup adıçəkilən şəxslərin gizli məlumatlarını ictimaiyyətə yaymamaq qarşılığında “Grubman Shire Meiselas & Sacks” şirkətindən Tramp üçün 42, Madonna üçün 1 milyon dollar tələb edib.

Kibercinayətkarlar pul verilmədiyi təqdirdə dövlət başçısı və sənətçinin gizli yazışmalarını, lazımi sənədləri yayacaqlarını qeyd ediblər.