Haiti yaxınlığında qayıq batıb, ölənlər var

45

Haitinin şimal sahilləri yaxınlığında ötən gün bir qayığın batması nəticəsində azı 14 nəfər ölüb, bir neçə nəfər itkin düşən var.

“Report” AP-yə istinadən xəbər verir ki, yerli rəsmilərin verdiyi məlumata görə, hadisə təqribən bir saatlıq məsafədə yerləşən İl de la Tortue (Tortuqa) adasının bir qrup sakininin Haitidəki Sent Luis du Nort şəhərində alış-verişdən geri qayıdarkən baş verib.

Hadisə yerinə cəlb edilən xilasedicilər qayığın daha 9 sərnişini sudan çıxararaq xilas ediblər. Qayıqda bütövlükdə nə qədər adam olduğu bilinməsə də, yerli daşımalarda istifadə edilən bu cür qayıqların çox vaxt onlarla adam mindirilməklə həddən artıq yükləndiyi qeyd olunur.