Hafiz Hacıyev xəstəxanaya yerləşdirildi

    3

    Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin səhhətində problemlər yaranıb.

    Hurriyyet.org xəbər verir ki, bu barədə oxu.az-a Hafiz Hacıyevin özü məlumat verib.

    O bildirib ki, ürəyində problemlər var və bir neçə gündür xəstəxanadadır.

    “Mən həkim nəzarəti altındayam. Hazırda xəstəxanadayam. Səhhətimdə yaranan problemlə əlaqədar çox danışa bilmirəm”, – deyə Hafiz Hacıyev söyləyib.

    Xatırladaq ki, Hafiz Hacıyev Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə 101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsi üzrə namizəd idi.