Hadrut və Qubadlıda daha 22 erməni hərbçinin cəsədi TAPILDI

309

Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə erməni hərbçilərin cəsədlərinin toplanması davam edir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ötən gün daha 22 hərbçinin cəsədi tapılıb.

Onların Hadrut, Füzuli və Qubadlı istiqamətlərində tapıldığı vurğulanıb. Cəsədlərin axtarışları qarşıdakı günlərdə də davam etdiriləcək.