Baş redaktorun evi yandırıldı

    3

    Hadisə barədə jurnalist Asif Mərzili ilə telefon əlaqəsi saxladıq. Baş redaktor faktı təsdiqlədi və istintaq getdiyi üçün hələlik əlavə heç nə deyə bilməyəcəyini söylədi: “İstintaq getdiyi üçün əlavə heç nə deyə bilmirəm… İstintaqçılar da ehtimal edirlər və özüm də güman edirəm ki, bu hadisə sırf peşə fəaliyyəti ilə bağlıdır. Çünki son dövrlərdə rəhbərlik etdiyim qəzetdə vətəndaşların şikayəti əsasında ciddi araşdırma yazıları dərc edilib… Bircə onu deyə bilirəm ki, bu məsələ artıq hüquq mühafizə orqanı rəhbərlərinin ciddi nəzarətindədir, inanıram ki, bu qəsdi sifariş verən tezliklə qanun qarşısında cavab verəcək..”.