Hacıqabulda elektrovoz yandı

    15

    Hacıqabulda elektrovoz yanıb.

    Fövqəladə Hallar Nazirliyindən Hurriyyet.org-a verilən məlumata görə, rayonun Qızılburun kəndində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus elektrovozun mühərriki və kabinə hissəsi 40 m² sahədə yanıb.

    Elektrovozun qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.