Hacıqabulda ağır qəza – ÖLƏN VAR

    21

    Hacıqabul şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

    Hurriyyet.org Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 6-da saat 15 radələrində Hacıqabul şəhərinin ərazisində şəhər sakinləri Amil Hüseynovun idarə etdiyi “VAZ-21015” və Balakərim Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-21015”in sürücüsü hadisə yerində ölüb.

    Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.