Hacıqabulda meyiti tapılan qadın öldürülüb – YENİLƏNİB

90

Hacıqabulda meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub.

Bu gün səhər saatlarında Bakı-Qazax magistralının 98-ci kilometrliyində Hacıqabul rayonunun Nəvahi kəndi ərazisindən keçən hissəsində meyiti aşkar edilən Sabirabad rayonunun Cəngən kənd sakini, 52 yaşlı təvəllüdlü Qubadlı Gülxar Tahir qızının öldürüldüyü məlum olub.

Meyitin müayinəsi zamanı boyun nahiyəsində kəsilmiş-deşilmiş xəsarətlər aşkar edilib.

Araşdırmalar zamanı qətli törədən şəxsin Hacıqabul rayon sakini, 32 yaşlı Fərəcov Hikmət Məhəmməd oğlu olduğu müəyyən edilib və o Bakı şəhərində saxlanılıb. Adı çəkilən şəxsin Bakı şəhərində də bir nəfəri bıçaqla ağır yaraladığı bildirilir.

Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir./apa/

*** 12:38

Hacıqabulda meyiti tapılan qadının kimliyi məlum olub.

Araşdırmalarla həmin şəxsin Cəngən kənd sakini, 52 yaşlı Qubadlı Gülxar Tahir qızı olması müəyyən edilib.

*** 11:25

Bakı-Qazax magistralında qadın meyiti tapılıb.

Bakı-Qazax magistralının 105-ci kilometrliyində Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində 40-50 yaşlarında hələlik şəxsiyyəti məlum olmayan qadın meyiti aşkar edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır./apa/