Hacıqabulda avtomobil aşdı: ölən və yaralanan var

6

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 6-da saat 13 radələrində rayonun Qarasu kəndi ərazisində Bərdə rayon sakini E.Mehdiyev idarə etdiyi “Ravon” markalı avtomobili aşırıb. Nəticədə xəsarət alan sərnişinləri – anası Şükufə və həyat yoldaşı xəstəxanaya yerləşdirilib. Ş.Mehdiyeva aldığı xəsarətlərdən orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.