Hacıqabulda bıçaqlanma hadisəsi baş verib. “Report”un Aran bürosu xəbər verir ki, hadisə dünən axşam saatlarında Hacıqabul şəhərində qeydə alınıb.
Belə ki, şəhər sakini, 1997-ci il təvəllüdlü Quliyev Kənan Yalçın oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.