Hacı Mazanın vəziyyəti necədir? – Nazirlikdən AÇIQLAMA

    39

    Səhiyyə Nazirliyi bu gün qəzaya düşən iş adamı Hacı Mazanın səhhəti ilə bağlı açıqlama yayıb.

    Hurriyyet.org xəbər verir ki, nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Hacı Mazan sağ budun sınığı və qapalı kəllə beyin travması ilə xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib.

    Xəstə yaxınları öz istəkləri ilə onu xəstəxanadan çıxararaq paytaxt xəstəxanalarından birinə aparıblar.