“Hacı Mazan” Bakıda əməliyyata götürüldü

    24

    Bu gün ağır yol qəzası keçirən iş adamı Hacı Mazan hazırda əməliyyat masasındadır.

    Bu gün Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində “Hacı Mazan” kimi tanınan Ramazan Hüseyn oğlu Zeynalov Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib.

    Haci mazanin masini8_untitled-1

    İlk öncə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılan R.Zeynalov daha sonra Cərrahiyyə Klinikasına aparılıb. Klinikadan verilən məlumata görə, Hacı Zaman hazırda əməliyyat olunur.

    Qeyd edək ki, R.Zeynalov xidməti avtomobili – “Range Rover”lə qəzaya düşüb. Nəticədə özü və sürücüsü xəsarət alıb. O, sağ budun sınması və qapalı beyin travması ilə xəstəxanaya çatdırılıb. /Trend/