Hacı Taleh Bağırzadə Milli Şuraya qarşı: “Eldəniz Quliyevi dəstəkləyirəm”

60

Milli Şuranın məlum “Zoom” konfransı bir çox gizli mətləblərə aydınlıq gətirib və fikir ayrılıqlarına səbəb olub. Yaranan fikir ayrılıqları isə istefalara səbəb olmaqla yanaşı, həm də Şuranı bir neçə cəbhəyə bölüb.

Parçalanan Şuranın cəbhələrinə daha bir sima daxil olub. Belə ki, “Müsəlman birliyi” Hərəkatının lideri Taleh Bağırzadə Milli Şuranın sədri Cəmil Həsənlinin milli mental dəyərlərdən uzaqlaşaraq LGBT-nin mövqeyinə dəstək verməsini pisləyib və bunu bir ziyalıya yaraşmadığını vurğulayıb.

Həmçinin hazırda həbsdə olan Taleh Bağırzadə bir neçə gün öncə Milli Şuradan istefa verən Eldəniz Quliyevi dəstəklədiyini, onun fikirlərinin əsl ziyalı mövqeyi olduğunu bəyan edib.

“Dəyərli Eldəniz Quliyevin cinsi azlıqlara qarşı sərgilədiyi təpkini bəyənir və dəstəkləyirəm. Əsl ziyalı və ləyaqətli insan dini və mənəvi dəyərlərimizi qorumaq yolunda məhz bu sayaq addımlar atmalıydı. Eldəniz müəllimə təşəkkür edirəm”. \\Correct.az