Erməni işğalından azad olunmuş Zəngilan torpağı doğma xalqına qovuşacağı günü gözləyir. Amma bunun baş verməsi üçün Azərbaycan ordusunun o torpaqları minalardan təmizləməsi lazımdır.
Bu fikir Türkiyənin “Haber Global” televiziyasında yayımlanan reportajda səslənib.
Reportajda Zəngilan torpaqlarının minalardan təmizlənməsi əməliyyatı nümayiş etdirilib. Həmçinin Zəngilana gedən yolun asfaltlanması da diqqətə çatdırılıb. \\Yenisabah