Azərbaycanda itlərinə toy edən BİZNESMENDƏN SƏRT SÖZLƏR: “Həmin it o boyda şirkəti…“ – FOTO/VİDEO

    6

    Niyə insanların şəxsi həyatına müdaxilə edirlər?

    Hurriyyet.org xəbər verir ki, bu sözləri itlərinə toy etdiyi deyilən iş adamı Qalib Mustafayev deyib. İş adamı həmin vaxt dostları ilə bir araya gələrək yeyib-içdiyini, zarafatlaşdığını bildirib:

    “Biz 4-5 nəfər bir yerə toplaşıb, yemək yemişik, Buna haqqımız yoxdurmu? Zarafat etməyə haqqımız var. Hamı öz dostu ilə zarafat edir, deyib gülür də. Biz də öz aramızda zarafatlaşmışıq. Niyə insanların şəxsi həyatına müdaxilə edirlər? Mən 200-ə yaxın ailəyə çörək verirəm. Belə xəbərləri gözü götürməyən insanlar yayıb. İmicimə zərbə vurmaq istəyirlər. Məni gözdən salmağa çalışmasınlar. Hansı ağıllı itə toy edər?! Bu gülüncdür. Bizim itimiz, pişiyimiz, qoynumuz da var. Heyvanlar aləmini sevirik. Həmin it o boyda şirkəti qoruyur.

    Kimisə işdən çıxarmışıq, bizdən heyf almaq üçün bu videonu yayıb. Bizi tanıyan tanıyır. Camaat itinə kostyum geyindirir. Burada ayıb nə var ki?”.

    Qeyd edəkki, bu gün KİV-lərdə yayılan məlumata görə, Goranboy rayonunda yaşayan tanınmış biznesmen Mustafayev Qalib Hidayət oğlu Amon və İsida adlı cins itlərinə “toy” edib. Məclis bu günlərdə Goranboy rayonunda həmin iş adamına məxsus “Qalib Group” MMC-nin zavodunun həyətində baş tutub./azvision.az/

     

    ““

    ““““