H.Hacıyev: “Təşəkkürlər Qardaş Türkiyə, təşəkkürlər TRT” – VİDEO

30
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qardaş Türkiyə xalqına və xüsusilə də TRT telekanalına təşəkkür edib.

Bu barədə H.Hacıyev “Twitter” hesabında yazıb.

Sosial şəbəkə hesabında Türkiyənin TRT telekanalının aparıcılarının Azərbaycana dəstək xarakterli səmimi çıxışlarının videosunu paylaşan H.Hacıyev bu sözləri qeyd edib:

“Təşəkkürlər Qardaş Türkiyə, təşəkkürlər TRT. Bir millət, iki dövlət”.