Həsən Ənami: “Azərbaycanın yaxın zamanda Qarabağı azad edəcəyinə inanırıq”

114

Müasir Azərbaycan opera sənətinin istedadlı oifaçılarından biri də əslən Təbrizdən olan Həsən Enamidir. O, erkən ytaşlarından vocal ifaçılığına meyilli olduğuna görə bu yöndə peşəkar səviyyədə təhsil almaq üçün Bakıya gəlmiş və burada Bakı Musiqi Akademiyasında Azərbaycan vocal sənətinin dahi ifaçısı Xuraman Qasımovanın sinfində təhsil almışdır. Hazırda Kanadada yaşayan soydaşımızın diaspora və digər məsələlərlə bağlı fikirlərini öyrəndik.– Həsən bəy, siz Bakıda bir sıra uğurlar əldə etdiniz. Musiqi Akademiyasının vocal kursunda təhsil alan zaman ilk dəfə olaraq, gənc ifaçının Dövlət Opera Teatrının səhnəsində Koroğlu rolunu oynaması əsil möcüzə idi.

– Mənə olan etimada görə görkəmli sənətkarlar Fərhad Bədəlbəyliyə, Fidan və Xuraman Qasımovalara, Aydın Əzimova və Arif Məlikova olduqca minnətdaram. Onların sayəsində Opera Teatrına ayaq açdım. Ötən müddətdə  Cüzeppe Verdinin  “Riqoletto” operasında Mantua hersoqu, Aida operasında Radames, “II Trovatoredə”  Maniko, “Traviata”da Alfredo, “Toska”da Kavaradossi, Giakomo Puccininin “Batterflay” operasında  Pinkerton, “Bohema”da Rudolfo, Corc Bizetin “Don Xose” operasında Karmen, Riqqero Lenonkavallo “Padliacci” operasında Kanio”

Giakomo Puccini, Pinkerton, (Madam Batterflay) və digər tamaşalarda aparıcı rolları  ifa etdim. Azərbaycan milli operalarının demək olar ki, hamısında rollar oynamışam.
Ramiz Mustafayevin “Vaqif” tamaşasında Vaqif, Fikrət Əmirovun “Sevil” operasında Balaş, Müslüm Maqomayevin “Şah İsmayıl”ında Vəzir, Vasif Adıgözəlovun “Natəvan” tamaşasında Xasay Xan rollarını ifa etmişəm.

– Milli Opera tarixində gənc vocal ifaçıları arasında yaşına görə ilk fəxri adı da siz aldınız. –Sözün doğru Azərbaycan prezidenti tərəfindən mənə əməkdar artist fəxri adının verilməsi olduqca gözlənilməz bir hadisə idi. Çünki, qanunla İran İslam Respublikasının vətəndaşı sayılırdım. –Bu adı alana qədər həm də çoxsaylı vocal festivallarının qalibi də olmusunuz. –İlk dəfə “Bülbül” adına 1-ci Beynəlxalq vocal müsabiqəsində özümü sınmaq üçün iştirak etdim və II yeri qazandım. 1997-ci ildə Vokalçıların Respublika Müsabiqəsində isə, birinci yeri tutdum. 1988-ci ildə isə, dünyalarca məşhur olan “Pyotr Çayskovski adına Beynəlxalq Müsabiqə”nin diplomuna layiq görüldüm. Sən demə, mənim ifamı Bakıda əksər peşəkar sənət adamları da təqib edirlərmiş. Beləcə məni bir sıra dövlət tədbirlərinə dəvət etməyə başladılar. Azərbaycan vocal sənətini Almaniya, Fransa, BƏƏ, Ukrayna, Finlandiya, Türkiyə və digər ölkələrdə dövlət xətti ilə təşkil olunmuş tədbirlərdə iştirak etməyə başladım. Opera və Balet Tatrının solisti olmaqla yanaşı, həm də Dövlət Simfonik Orkestrinin solisti olaraq fəaliyyət göstərmişəm.

– Bakıda bu qədər imkanlar var idi. Bəs nədən Kanadaya mühaciət etdiniz?

– Çox səmimi deyəcəm. Mədəniyyət nazirliyi və mədəniyyətlə bağlı dövlət digər idarələrdə mənə üqarşı açıq-aşkar qərəzli mövqelərdən razı deyildim. Onlar ən çox “rusdilli” kadrlarlqa işləməyi sevirdilər. Digər yandan isə, açıq şəkildə bildirirəm ki, Azərbaycanda peşəkar səviyyədə konsert salonları yoxdur. Halbuki, bu problem həll etmək o qədər də çətin deyil. Peşəkar sənətçilərə deyil, ucuz və bayağı şoulara daha çox önəm verən məmurlar var ki, onlar sadəcə mədəniyyətə deyil, həm də xalqımızın mədəni düşüncə sisteminə sarsıdıcı zərbələr vururlar. Mühüm dövlət tədbirlərini belə, monopoliyaya alaraq, sənətlə heç bir ilgisi olmayan, bütün telekanallardan düşməyən, bayağıcasına cəmiyyətin mədəni baxımdan zövqünü sapındıranlara daha çox üstünlük verildiyi üçün, bu gün peşəkar sənət adamlarının həyat tərzi olduqca ağırdır. Bir həqiqəti də deyim, Azərbaycan Dövlət Simfonik Orkestrində, Dövlət Kamaera Musiqisi Orkestrində, Dövlət Estarada Orkestrində və Dövlət Xalq Çalğı Alətləri Orkestrində o qədər peşəkar musiqiçilər var ki, onların hər biri Azərbaycan mədəniyyətinin qüruru sayıla biləcək şəxsiyyətlərdir. Ancaq, onlar ölkəmizin mədəni həyatında fəal olmalarına heç bir şərait yaradılmır. Bu orkestrlər maraqlı və zəngin Azərbaycan musiqisini dünya miqyasında turnelər təşkil etməklə ölkəmizə milyonlar qazandıra bilərlər. Təbii olaraq, bu sıxıntılara dözə bilmədim. Çox çalışdım. Bəzən elə olurdu ki, 3-4 yerdə çalışmaq məcburiyyətində qalırdım. Çünki, artıq evil idim. İki övladım dünyaya gəlmişdi. Aldığım maaş və qonorarla ailəmi dolandırmaq mümükn deyildi.

  • Bilmək olarmı həyat yoldaşınız kimdir?

– Ömür-gün yoldaşım peşəkar piano ifaçısı Nərminə Əfəndiyevadır. Bakı Musiqi Akademiyasında təhsil alan tanış olduq. Onun babaları Azərbaycanın görkəmli maarifçiləri Məsud Şeyxzadə və Camo Cəbrayılbəylidir. Həm sənətdə, həm də həyatda bir-birimizi tamamlayırıq. Opera sənəti elə bir sahədir ki, orada tamaşaya ayda iki dəfədən çox çıxmaq olmaz. Səsini və fiziki hazırlığını uzlaşdırmaq üçün azından 15 gün zaman tələb olunur. Ona görə də bizləri mədəniyyəti dərk etməyən məmurlar anlamaq istəmirlər. Bu gün demək olar ki, Kanadada iştirak etdiyim bütün konsertlərdə mənim yeganə müşahidəçim həyat yoldaşımdır. O, pianoda necə həvəslə çalırsa, mən də bu həvəslə ariyaları və romansları ifa edirəm.

– Bu gün faktiki olaraq, Kanadaya mühacirətə üz tutan soydaşlarımızın əksəriyyəti ziyalılardır. Bunun səbəbi nədir?

– İnsanlar üçün yaradılan şərait. Peşəkar musiqiçi olmanı təsdiq edən sənədlərlə yanaşı, həm də praktiki baxımdan sınaqdan keçdikdən sonra bütün yaradıcılıq imkanları da arxanca qoşa-qoşa gəlir. Məni ən çox sevindirən odur ki, indi Kanada ölkəsinin bütün iri şəhərlərində yaşayan və diasporumumuz təmsil edən peşəkar musiqiçilərin musiqi kollektivləri var. Onlar ilin repertuarını hazırlayır və növbəti ildə Azərbaycan mədəniyyəti burada yaşayan bütün xalqlara sevdirmək imkanı əldə edirlər. Şəxsən mən özüm neçə illərdir bu praktika əsasında çalışıram. Taleyimdən də narazı deyiləm. İçimdəki nisgilim həm Təbrizin və həm də məni sənət aləmində ustad dərsləri aldığım Bakıdır.

– Kanadadakı Azərbaycan diaspora təşkilatları ilə əlaqələrin necədir?

– Mən hər zaman siyasətdən uzaq durmuşam. Çünki, həm Təbrizdə, həm də Bakıda yaşadığım illərdə siyasətçilərin şəxsi iddiaları və intriqalarla dolu ilə həyat tərzi məni təəccübləndiribdir. Sanki, manyakmış kimi xarakter nümayiş etdirirlər. Milli diaspor məsələsində isə, heç zaman arxa planda olmamışam. Diaspor əgər ümummilli olay olaraq nələrisə gündəmə gətirir, o zaman ən fəal şəxslərdən biri oluram. Mən heç vaxt istəməzdim ki, diaspora təşkilatlarımız Azərbaycan Respublikasının taleyi ilə bağlı proseslərdə iqtidar və ya müxalifətə bölünsünlər. Diaspor təşkilatlarının baş vəzifəsi ümummilli məsələlərlə bağlı xalqımızın və dövlətimizin səsinə çevrilməlidir. Kanadada Azərbaycan diaspora təşkilatları mövcuddur. Bu gün həmin təşkilatlar bir qədər rahat nəfəs almağa başlayıblar.

– Bu nə deməkdir?

– Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş rəhbərliyi bizimlə özlərinin siyasi maraqlarını təmin etmək kursu ilə çalışmaq siyasətini yürüdürdü. Şəxsən mən bu younların heç birində iştirak etməmişəm. Bu gün durum bir qədər fərqlidir. Kim olursansa ol, Azərbaycan dövlətinin milli və strateji maraqları çərçivəsində fəaliyyət qurmağın yetər. Bizim kimdənsə qrant almaq və qarşılığında isə, aksiyalara qoşulmaq kimi siyasəti isə əsla qəbul etmirəm. Xaricdəki hakimiyyət yönlü diaspora təşkilatlarını keçmiş komitə rəhbərliyi bu xəstəliyə elə alışdırıblar ki, hətta bu yaramaz əməllər Kanadaya da gəlib çatıbdır. İndi-indi həmin xəstəliyin qarşısının alınmasına başlanılıb. İnsan vətənini hansısa qrant layihəsi əsasında qorumaz. Mən Kanadanın istənilən şəhərində Azərbaycan dövlətinin maraqları ilə bağlı keçirilən aksiyaların daimi iştirakçısıyam. Bəlağətli və siyasi görüşlü çıxış edə bilmədiyim üçün əlimdən gələn digər işləri görürəm. Ən azından dörd nəfərlik ailə azvlərimlə həmin aksiyalarda təmsil olunuram.

 

– 12 İyul Tovuz Hadisələri ilə bağlı dünyanın 50-yə yaxın ölkəsində diaspora təşkilatlarımız aksiyalar keçirdilər. Bir sənətçi və vətəndaş olaraq bunları necə qiymətləndirirsiniz?

– Müşahidələrim əsasında onu deyə bilərəm ki, xaricdəki diaspora təşkilatlarımız və özlərinin KİV-ni yaratmış şəxslər dövlətçilik məsələsində bir araya gəldilər. İnqtidarı sərt şəkildə gecə-gündüz bilmədən suçlayan və ya ağlagəlməz təhqiramiz ifadələr işlədənlərin həmin günlərdə üzlərinə baxmaq bəs edərdi. İndi-indi dərk edirlər ki, hakimiyyətə qarşı çıxmaq və ya müxalif olmaq ayrı bir məsələdir. Vətən mövzusunda isə, bütün bunlar arxada qalmalıdır. Tovuz rayonu ərazisinin işğal edilməsi dövlətin mövcudluğuna son qoyulması deməkdir. Azərbaycanın iqtisadi baxımdan dünyaya tək çıxış yolunun düşmən əlində olmasına əsla sevinmək olmaz.

– Sizin konsertlərinizdə başqa xalqların nümayəndələrinin çoxluq təşkil etdiyini bilirik.

– Əslində bizim milli musiqimizi canlı şəkildə ifa etməklə konsertlərimizə təşrif gətirən başqa xalqların nümayəndələri cuşa gəlirlər. Beləliklə də Azərbaycan və mədəniyyəti ilə ciddi şəkildə maraqlanmağa başlayırlar. Elə olub ki, konsertdən sonra, gəlib mənə təşəkür bildirənlər olub. Sonradan həmin şəxslərlə ailəvi dostluğumuz yaranıbdır. İndi həmin insanlar Azərbaycan və Qarabağ məsələsində bizimlə yan-yanadırlar. Onların arasında elələri var ki, Azərbaycan adına keçirilən aksiyalara qatılaraq bizə dəstək olduqlarını nümayiş etdirirlər. Dünya dövlətlərini və xalqlarını nə qədər bizlərə inamlı olmalarını düzənləyə bilsək, işğal olunmuş ərazilərimizlə problermlər tezliklə öz həllini tapa bilər. Bu gün Azərbaycandakı prosesləri müşahidə etdikdə görürük ki,  ölkədaxili ümummilli proseslərin inteqrasiyası artıq Qarabağ məsələsinin tezliklə həll olunması üçün bir işarədir. Biz əlimizdən gələn dəstəyi necə var, eləcə də verəcəyik.

“Hürriyyət”

***

Diaspora mövzusu