Hərkəsi kövrəldəcək, real həyatdan bəs edən film: Bir Uşağın Ömrü – VİDEO+FOTO

339

“Bir Uşağın Ömrü” filmi erməni vandalizmi nəticəsində Laçın rayonundan 1992-ci ildə məcburi köçkün düşmüş uşaqların iztirab dolu həyatından bəs edir. Filmin rejissoru Xaliq Dünyamalıyev Hurriyyet.org-a açıqlamasında, filmdə Qara Qarayevin və Üzeyir Hacıbəyovun əsərlərindən, xalq mahnılarından istifadə olunduğunu bildirib:

Filmdə ermənilərin işğalçılıq siyasəti nəticəsində ailənin çörəyi təndirdə qalır, yanan sobaları sönür və uşaq silah səsindən qorxaraq yuxudan oyanır. Bundan sonra məcburi köçkün həyarı başlayır. 28 il davam edən köçkünlük illəri Ağcabədi rayonunun “Taxta körpü” ərazisində, çadırlarda, yeraltı qazmalarda, torpaq kərpiclərdən olan daxmalarda yaşayan uşaq və orta yaşlı insanların yaşamını əks etdirən kadrlarla yanaşı, vətən həsrətində olan yaşlı insanların məşəqqətli həyatları yer almışdır. Laçın rayonundan məcburi köçkün düşmüş böyük bir elin 28 il ərzində bu ərazidə böyük məzarlığı da yaranıb. Laçın rayon Vağazin kənd inzibati ərazi vahidində yerləşən Kalafalı və Bozgüney kəndlərinin sakinləri Taxta-Körpü ərazisində beş fermada yerləşiblər. Hər bir fermanın faciəvi görüntüsünün sonunda yaşlı qadın bayatı deyir. Eyni zamanda film ərazinin yol xərtəsinin üzərində çəkilib.

“Bir Uşağın Ömrü” sənədli filminin rejissoru Dünyamalıyev Xaliq Rəşid oğlu 01.10.1983-cü ildə Laçın rayon Vağazin kəndində anadan olub. 1990-cı ildə doğulduğu kənddə birinci sinifə gedib. 18 may 1992-ci ildə – Laçın rayonunun işğalından sonra məcburi köçkün kimi Ağcabədi rayon “Taxta-körpü” ərazisində məskunlaşıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. Hal-hazırda Laçın Dövlət Rəsm Qalereyasının direktorudur.

YƏHYA

https://www.youtube.com/watch?v=FPhUCRdvaMw&feature=emb_title