Hərbi təyyarələri yenidən boyayıb qaçırdılar! – ABŞ Rusiyanın Liviya macərasını İFŞA ETDİ

48

Hurriyyet.org xəbər verir ki, Rusiyanın Liviyadakı qiyamçı general Xəlifə Həftərə göndərdiyi təyyarələrin fotoşəkilləri yayan Amerika ordusu balansı dəyişdirəcək rəsmi açıqlama yayıb. Rəsmi açıqlamada həmin reaktiv təyyarələrin Rusiya pilotları tərəfindən idarə ediləcəyi bildirilir.

Türrkiyənin dəstəklədiyi hökumət qüvvələrinə məğlub olaraq addım-addım geri çəkilən Həftər bu səfər birbaşa Rusiyadan yardım istəyib və Suriyada havada qalxan səkkiz ədəd Rusiya hərbi təyyarəsi Liviyaya enib. Həftərə verilən 6 ədəd Miq-29 və 2 ədəd Su-24 hərbi təyyarədən biri Cufra Hava bazasına endikdən sonra ABŞ peykləri tərəfindən çəkilib.

ABŞ ordusunun bu gün yayılan açıqlamasında yeni fotoşəkillər vasitəsi ilə Rusiyanın Liviyaya hərbi təyyarlər göndərdiyi rəsmən bəyan edilib. AFRİKOM-un – ABŞ-ın Afrika Komandanlığının açıqlamasında bu təyyarələrin “Vaqner”in muzdlu əsgərlərinə dəstək üçün Suriyadan Liviyaya uçurulduğu bildirilir.

Açıqlamada deyilir: “Rusiya təyyarələri Rusiyadakı bir hava bazasından Suriyaya, sonra Liviyaya gəlib. Rusiya mənşəli olduğunu gizləmək üçün Suriyada boyandıqdan sonra Liviyaya yola düşüb”.

Hurriyyet.org