Həmsədrlər regiona səfər edəcək

330

ATƏT Minsk qrupunun həmsədrləri bu həftə sonunda Azərbaycana və Ermənistana səfər edəcək.

Trend-in məlumatına görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən Filip Riker deyib.

O bildirib ki, amerikalı həmsədr Endrü Şofer digər həmkarları ilə birgə yerlərdə vəziyyətlə tanış olmaq üçün Bakı və Yerevana səfər edəcək.