“Həm razı, həm də narazı salan məqamlar oldu”

252

“Neftçi”nin baş məşqçisi Samir Abasov “Kəpəz”lə yoxlama oyunundan sonra “Neftçi TV”yə müsahibə verib. 43 yaşlı çalışdırıcı əvvəlcə 1:0 hesabı ilə qalib gəldikləri matçı şərh edib: “Bu gün nəticə önəmli deyildi. Həm komandaya, həm də fərdi olaraq komandanın üzvlərinə tapşırıqlar verilmişdi. Əsas məqsəd futbolçuların həmin tapşırıqları yorğun halda nə dərəcədə yerinə yetirəcəklərini görmək idi. Həm razı, həm də narazı salan məqamlar oldu. Yeri gəlmişkən, təklfimizi qəbul edib, bizə görə o qədər yol gəldikləri üçün “Kəpəz”in məşqçi heyəti və rəhbərliyinə minnətdarıq”.

Baş məşqçi “Neftçi-2”dən cəlb olunmuş gənc futbolçulardan razı qalıb: “Çox istəkli idilər. Səhvləri də başadüşüləndir. Həyəcanlı idilər, özlərini göstərmək istəyirdilər. Nəinki burada, məşqlərdə də onlar bizi razı salır”.

Samir Abasov təlim-məşq toplanışı haqda da danışıb: “Toplanış qaydasında davam edir. Heç bir problem yaşamamışıq. Sadəcə, Sabir Buqrin dünənki məşqdə yüngül zədə aldı deyə, bu gün yox idi. Bununla belə, toplanışdan və hazırlıq prosesində futbolçuların yerinə yetirdiklərindən razıyıq. Legionerlərin gec qoşulmasında heç bir problem yoxdur. Özümüz icazə vermişdik. Həmin müddətdə onlar verdiyimiz proqramdan istifadə ediblər. Artıq fərdi yox, bütün komanda şəklində məşq edirik”.