Həkimlər koronavirusun ən təhlükəli SİMPTOMUNUN ADINI ÇƏKDİLƏR

48

Nəfəs darlığı şiddətli koronavirus sətəlcəminin ən ciddi əlamətidir. Belə xəstə varsa, təcili olaraq xəstəxanaya yerləşdirilməlidir.

Bu haqda məlumatı Observer nəşri yayıb.

Mütəxəssislər ağır bir klinik mənzərə üçün xarakterik olan xəstəliyin digər təzahürlərini də söyləyiblər.

“Birincisi, 38,5 dərəcədən yuxarı temperatur, ikincisi öskürək, üçüncüsü nəfəs darlığıdır.

Buna qanda oksigen azalmasını da əlavə etmək olar” deyib rentgeneloq Sergey Morozov.

Mütəxəssislər, virusun bədəndə varlığının dodaq və dırnaqların göyərməsi ilə göstərildiyini də iddia edirlər. \\KONKRET