Həftəsonu qadağaları yoluxmanı azaldacaqmı? – Professordan AÇIQLAMA – VİDEO

102

Son günlərin ən çox müzakirə olunan mövzusu həftəsonu küçəyə çıxma qadağası idi. Əsas sual da budur ki, bu qadağalar pandemiyanın sürətlə yayılmasının qarşısını alacaqmı? Bu təcrübəni ilk tətbiq edən ölkələrdən biri məhz qardaş Türkiyə olub. Əməkdaşlarımız da məhz Türkiyə təcrübəsini və onun nəticələrini araşdırıb.

 

Həftə sonları Türkiyədə küçəyə çıxma qadağasının tətbiq edilməsi virusa yoluxma sayını dəfələrlə azaltdı.

 

Türkiyədə yaşayan həmyerlimiz tibb elmləri doktoru Türkiyə Səhiyyə Nazirliyi yaninda peyvənd elmi şurasının uzvu Adil Allahveridyev ölkəmizdə tətbiq edilən həftəsonu məhdudiyyətlərinin hansı nəticələrə səbəb olacağını şərh edib. Professorun sözlərinə görə bu, Türkiyə ilə yanaşı bir çox ölkədə tətbiq eridlən metoddur.

 

Professor Adil Allahverdiyevin sözlərinə görə mart ayında aparılan təcrübələr öz nəticəsini göstərib.Yoluxma sayının enməsi üçün bu üsul hazırda Azərbaycan üçün əsas seçim yollarından biridir.

 

Adil Allahverdiyevin sözlərinə görə,həftə sonu qadağalarla iş bitmir.Mütləq qaydada hər kəsin tibbi maskadan istifadəsi məcburidir.Bununla yanaşı Türkiyədə olduğu kimi yaş kateqoriyalarına uyğun məhdudiyyətlərin də tətbiqindən yararlanmaq olar. belə ki qardaş ölkənin təcrübəsində 65 yaş üstü və 20 yaşdan aşağı şəxslərin küçəyə çıxmasına məhdudiyyət qoyulması da var.

 

Tibb elmləri doktoru tibbi maskanın artıq Türkiyədə geniş istifadə olunduğunu deyir.Onun sözlərinə görə əvvəlki aylarla müqayisədə insanların maskadan hər yerdə istifadə etməsi ilə virusdan qorunmaq da asanlaşıb.