Həftər qüvvələri türk gəmisini saxladı Heyətin bir üzvünün azərbaycanlı olduğu deyilir

351

Hurriyyet.org xəbər verir ki, Liviyada yerləşən Misrata şəhərinə dərman daşıyan bir türk gəmisi Həftər qiyamçıları tərəfindən saxlanılıb.

Liviyanın qiyamçı Milli Ordusunun mətbuat nümayəndəsi Əhməd əl Mismari “Röyters”ə açıqlamasında ölkənin qərbindəki Misrata limanına gedən Jamayka bayraqlı ticarət gəmisinin Derne limanı yaxınlığında saxlanıldığını bildirib. Gəmi heyəti 17 nəfərdən ibarətdir. Onlardan 9-u Türkiyə, 7-si Hindistan, 1-i isə Azərbaycan vətəndaşıdır.