“Həftər Fransa üçün artıq yükdür” – “Finanşl Tayms”

63

Hurriyyet.org xəbər verir ki, İngiltərədə dərc edilən “Finanşl Tayms” (Financial Times) qəzeti Liviyada fəaliyyət göstərən qiyamçı Xəlifə Həftərin artıq Fransa üçün yükə çevrildiyini, Parisin Ankaranı ittiham eləməsinin arxasındakı əsl səbəbin də çevrilişçi Həftərə bel bağlamaqla buraxdığı səhvin üstünü örtmək cəhdi olduğunu yazıb.

“Finanşl Tayms” qəzeti Fransanın BMT-nin dəstəklədiyi hökuməti devirmək üçün paytaxt Tripoliyə hücum edən Həftəri dəstəklədiyi qəbul edilən yeganə Avropa ölkəsi olduğunu vurğulayıb.

Qəzetə müsahibə verən keçmiş diplomat deyib: “Fransızlar artıq Həftərin dəyərli bir fiqur olmadığını, bir yükə çevrildiyini başa düşdülər. Etdiklərinə görə, bir daha səhvə yol verdikləri üçün peşman olduqlarına inanıram. Bu səhvlə qarşılaşdıqda öz siyasətlərini haqlı göstərməyə məcburdurlar və Türkiyəni ittiham edirlər”.

Hurriyyet.org