Həftərə qarşı son həlledici həmlə ediləcək

51

Hurriyyet.org xəbər verir ki, qiyamçı general Xəlifə Həftərin əlindəki strateji düşərgələri geri alan Liviya ordusu paytaxt Tripolidəki keçmiş hava limanını da xilas eləməyə hazırlaşır.  Hava limanının təmizlənəcəyi təqdirdə Liviyanın paytaxtı  raket hücumlarından tamamilə xilas olacaq.

22-24 may tarixlərində hökumət qüvvələri Həftər yaraqlılarının əlində olan Yermük, Hamza və Tikbali hərbi düşərgələrini geri alıblar.

Yermük, Hamza və Tikbali düşrgələri ilə yanaşı, Tripolinin cənubundakı Nakliyyə düşərgəsi və Komandanlar Qrəragahı da hazırda Liviya ordusunun əlindədir.

Paytaxtdan 20 km cənubda yerləşən Nakliyyə düşərgəsi keçmiş hava limanına ən yaxın strateji hərbi məntəqə hesab olunur.

Qarşıdakı günlərdə Nakliyyə düşərgəsindən ediləcək son bir həmlə ilə Tripolinin keçmiş hava limanının Həftər milislərindən geri alınaraq tamamilə xilas ediləcəyi irəli sürülür.

“Anadolu Agentliyi”nin Liviya hökumətindəki hərbi mənbələrə istinad elədiyi xəbərdə Liviya ordusunun keçmiş hava limanını ələ keçirməyə hazırlaşdığı bildirilir.

Hurriyyet.org