Həftə sonları taksilər fəaliyyət göstərəcək? – RƏSMİ AÇIQLAMA

39

“Həftə sonları ictimai nəqliyyatın fəaliyyəti qadağandır. Amma taksi xidməti fəaliyyətdə olacaq”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Onun sözlərinə görə, ictimai nəqliyyatın qadağan olunmasının əsas səbəbi insanların kütləvi toplaşdığı yerləri minimuma endirməkdir: “Bu, çətin də olsa, hər bir təşkilat şənbə və bazar günləri işləyən əməkdaşların işə gedib-gəlməsini təşkilatın avtomobilləri ilə, şəxsi avtomobillərlə, bunlar olmasa, taksi xidməti vasitəsilə təmin etməlidir. Düşünürəm ki, 2 günlük məhrumiyyət ümumi çətinlik yaratsa da, dediyim hallarla vəziyyəti həll etmək olar”. /apa/