Həbsdə olan oğluna narkotik aparan ana saxlanıldı

225

Penitensiar Xidmətin əməliyyat aparatının əməkdaşları Bakı İstintaq Təcridxanasına narkotik maddələrin keçirilməsi cəhdlərinin qarşısı alıblar.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 66.3-cü maddələrinə əsasən təqsirli bilinərək 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilən və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan məhkum Cavadov Miryusif Sabir oğlu ilə qısamüddətli görüşə gələn anası Bakı şəhər sakini Paşayeva Ofelya Paşa qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı sovqatdakı plastmas xama qabının içərisində gizlədilmiş və ümumi çəkisi 3,411 qram olan narkotik maddə – marixuana və 4,217 qram heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.